ABŞ-ın Nyu-Cersi ştatının Flanders şəhərində onlarla insan dəm qazından zəhərlənib.
Mynews.az-ın Report-a istinadla məlumatına görə, polis və yanğınsöndürənlər Fennimor Kortda, evdə bir neçə insanın huşunu itirməsi barədə məlumat alıblar. Hadisə yerinə ilk gələn xilasedicilər evdən huşunu itirmiş 8 nəfəri çıxarıblar. Sonra məlum olub ki, zərərçəkənlərin sayı bundan da çoxdur.
Zəhərlənənlərdən 4-ü polis əməkdaşıdır. Bununla yanaşı, xilasetmə işlərində iştirak edən daha 4 polis əməkdaşı da zəhərlənib.
Hazırda dəm qazının mənbəyi müəyyənləşdirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub