Türkiyə Qurban bayramını 10 gün qeyd edəcək.
Mynews.az Oxu.Az- a istinadən bildirir ki, bu barədə Türkiyə hökumətinin sözçüsü və baş nazirin köməkçisi Bekir Bozdağ deyib.
O əlavə edib ki, işçilər maaşlarını bayramdan əvvəl alacaq.
Bekir Bozdağın sözlərinə görə, belə addımın atılması ölkə vətəndaşlarının rahat şəkildə ailələrini ziyarət etməsini təmin etmək, həmçinin turizm sektorunu canlandırmaq məqsədi daşıyır. Onun sözlərinə görə, Qələbə bayramı və Qurban bayramı avqustun sonuna təsadüf etdiyi üçün bu qərar məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, bir müddət əvvəl ölkə prezindeti Rəcəb Tayyib Ərdoğan Qurban bayramı zamanı qeyri-iş günlərin sayının 10 günə çatdırılacağını ifadə edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub