Türkiyənin İzmir şəhərində həyat yoldaşı və qayınatası tərəfindən dərman içib, intihar etdiyi iddiasıyla xəstəxanaya çatdırılan 26 yaşlı Yonca Dumanın döyülərək öldürüldüyü ortaya çıxıb.
Meyitinin yarılmasından sonra döyülərək öldürüldüyü məlum olan Dumanın gözü yaşlı anası Meral Acar "Qatillərin cəzalarını çəkməsini istəyirəm" deyib.
Hadisə bazar ertəsi baş verib. 2 uşaq anası Yonca Duman həyat yoldaşı M.D. ilə qayınatası H.D. tərəfindən dərman içərək intihar etdiyi iddiasıyla Dr. Faruk İlker Bergama Dövlət Xəstəxanasına çatdırılıb. Burada müalicə edilən Duman evinə qayıtdıqdan qısa müddət sonra yenidən xəstələnib. Eyni xəstəxanaya gətirilən Dumanın ürəyi dayanıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Dumanın həyatını xilas etmək ümkün olmayıb. Dumanın bədənindəki zərbə izləri və dişlərindəki qırıqlardan şübhələnən həkim vəziyyəti polisə xəbər verib. Prokurorun araşdırması sonra Dumanın cəsədi yarılıb və onun döyülərək öldürüldüyü ortaya çıxıb.
Həyat yoldaşı M.D. və qayınatası H.D. nəzarətə alınıb. Hər iki şübhəli ifadələrində Yonca Dumanın dərman içərək intihar etdiyini söyləyiblər. İfadələri alınan şübhəlilər daha sonra sərbəst buraxılıblar.
Mərhumun anası Meral Acar "Qızımın qatilinin tapılmasını istəyirəm" deyib.
İstintaq davam edir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub