Yerli mətbuat yazır ki, təxminən iki ay bundan əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Kataloniya polisinə Barselonanın mərkəzi küçələrindən birində terror aktının ola biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Eyni zamanda, insanların üzərinə sürülmüş mikroavtobusun sürücüsünün fotoşəkli yayımlanıb. Onun 170 sm boyunda bir şəxs olduğu deyilir.
Sürücü qaçıb gizlənə bilib. Digər iki terrorçu türk restoranına daxil olaraq, orada olanları girov götürüblər.
* * *
İspaniyanın “El Pais” nəşri yazır ki, Barselonanın ən çox insan toplaşdığı turistik zonasında mikroavtobus 530 metr məsafədə insanları vura-vura irəliləyib.
Bundan sonra terrorçular yaxınlıqdakı türk restoranını ələ keçiriblər.
Terrorçulara qarşı polis əməliyyatı başlayıb, restoran mühasirəyə alınıb.
* * *
Yerli radionun bildirdiyinə görə, Barselonanın turizm bölgəsində törədilmiş terror aktında ölənlərin sayı 13 nəfərə çatıb.
Terrorçuların ələ keçirdiyi türk restoranı polis tərəfindən mühasirəyə alınıb.
* * *
Hadisə şahidinin paylaşdığı videoda Barselonanın küçələrində silahlı şəxslərin hərəkət etdiyi görünür.
Bildirilir ki, terrorçular insanlara avtomobillə hücum etdikdən sonra yaxınlıqdakı türk restoranında bir neçə şəxsi girov götürüblər.
Terakt nəticəsində 5 nəfərin öldüyü deyilir.
* * *
“The Daily Mail” nəşri xəbər verir ki, terror aktı nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.
***
İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.
“Hürriyet” yazır ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində xeyli sayda yaralananın olduğu bildirilir.
Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunub.
Hadisənin terror hücumu olub-olmadığı ilə bağlı hələlik heç bir məlumat verilmir.
avropainfo
1
20 Yanvar faciəsindən 36 il ötür
1018 dəfə oxunub
2
Çin Trampın təşəbbüs etdiyi “Sülh Şurası”na dəvət alıb
972 dəfə oxunub
3
Azərbaycan nefti ucuzlaşdı
971 dəfə oxunub
4
Azərbaycanda əsgərlik müddəti 6 aya endirilir?
916 dəfə oxunub
5
Azərbaycan Trampın dəvətini qəbul etdi - Sülh Şurasına üzv olacağıq
904 dəfə oxunub