3 gün əvvəl Trabzonda yol kənarındakı meşəlik ərazidən çılpaq cəsədi tapılan 24 yaşlı Pınar Kaynakın qətlində şübhəli bilinən iki şəxs həbs olunub.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, sinə nahiyəsindən bıçaqlanan və başı daşla əzilərək öldürülən qadının kimliyini müəyyən etmək üçün istintaq aparılıb.

Bədənində tapılan döymələr sayəsində gənc qadının 1993-cü il təvəllükdü Pınar Kaynak olduğu üzə çıxıb. Adı açıqlanmayan bir şəxs Pınarın yaxın zamanlarda 4 tanışı ilə bir maşında səyahətə yollandığı deyib.

Dindirilmə zamanı cinayəti üzərlərinə götürən şübhəlilər A.K. və N.B. həbs olunublar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub