Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook"un qurucusu Mark Zukerberq ikinci övladı dünyaya gəldikdən sonra atalıq məzuniyyətinə çıxacağını elan edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, o, "Facebook" səhifəsində iki aylıq müddətə məzuniyyət götürəcəyini yazıb.
"Tezliklə qızımız dünyaya gələcək və mən yenidən atalıq məzuniyyəti götürməyi planlaşdırıram... Əminəm ki, geri dönən zaman ofis eyni yerdə olacaq", - M.Zukerberq bildirib.
Onun sözlərinə görə, o, məzuniyyətinin bir ayını qızı doğulduqdan dərhal sonra, ikincisini isə dekabrda götürəcək.
Qeyd edək ki, 33 yaşlı biznesmen 2012-ci ildə çinli Prisçilla Çhan ilə ailə qurub, 2015-ci ilin dekabr ayında ilk dəfə valideyn olub. Cütlüyün ilk qızının adı Maksimadır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub