Avropada 3 şəhərdə terror hücumları ilə rastlaşan Avstraliya sakini Culia Monako 1 il ərzində 3 dəfə şok yaşayıb.
Mynews.az Teleqraf.com-a istinadla xəbər verir ki, Culia avqustun 17-də Barselonanın Rambla küçəsində baş verən terror zamanı iki rəfiqəsi ilə hadisənin yaxınlığındakı ticarət mərkəzində olub.
Qadın bu ilin iyununda Londonda baş verən bıçaqlı hücum zamanı da şəhərin həmin bölgəsində, metroda imiş.
Az sonra Londondan Parisə gələn Culia Monako məşhur Notr-Dam kilsəsinə baş çəkərkən bir polis soyuq silahla hücuma məruz qalıb.
Bununla belə, avstraliyalı xanım səyahətə davam edəcəyini deyib: "Haranı görmək istəsəm, ora gedəcəm. Evə qayıtmaq fikrində deyiləm".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub