“Məhkəmə zalında olanda mən nə kişiyəm, nə də qadın. Mən –hakiməm”.
Mynews.az “Əl-Cəzirə” telekanalına istinadla xəbər verir ki, bu sözləri Malayziya Ali Şəriət məhkəməsinin hakimi Nenni Şuşayda binti Şamsuddin söyləyib.
42 yaşlı bu müsəlman xanım özünə çox çətin bir peşə seçib. Dünən o, zinakarlığa görə kişi və qadının qamçılanması haqda qərar qəbul edir, bu gün isə kişinin çox arvad almasına icazə verir. O, şəriət qaydalarının pozulmasına görə ən sərt cəzalar verməkdən çəkinmir. Kimsə onu qadınlar haqqında sərt cəzalar verməyə görə qınayanda Nenni Şuşayda deyir: "Məhkəmə zalında olanda mən nə qadınam, nə də kişi. Mən –hakiməm”.
Malayziyada ikisəviyyəli məhkəmə sistemidir: İslam şəriət məhkəmələri ailə və əxlaqla bağlı məsələlərinə, dünyəvi məhkəmələr isə cinayət işləri və vətəndaş məsələlərinə baxırlar. Hazırda ölkədəki İslam məhkəmələrinun 160 hakimindən 27-i qadındır.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub