Prezidentdən 24 yaş böyük həyat yoldaşı “Geyimimə diqqət yetirilməsini sevmirəm ” - FOTOLAR

722
Prezidentdən 24 yaş böyük həyat yoldaşı “Geyimimə diqqət yetirilməsini sevmirəm ” - FOTOLAR

Fransa prezidenti Emmanuel Makronun özündən 24 yaş böyük olan xanımı Bricit Makron sevdiyi geyim markalarının adlarını açıqlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, birinci ledi bu yaxınlarda verdiyi müsahibədə dəb barədə danışıb. O, açıqlamasında bildirib ki, “Chanel”, “Louis Vuitton”, “Alexandre Vauthier”, “Balmain” kimi moda evləri onun sevdiyi markalardır. Birinci ledi həmçinin onu da qeyd edib ki, “Azzedine Alaa” moda evini də bəyənir, amma əlavə edib ki, dizayner çox qısa ətəklər və paltarlar buraxmağa başlayıb.

Emmanuel Makronun xanımı fransız dəbi ilə maraqlandığını deyib, lakin onun üslubuna həddən çox diqqət yetirilməsini sevmədiyini vurğulayıb.

 

Xəbər lenti