Uşaqlarına təcavüz etdi və görüntüləri “Snapchatt”də satdı Dəhşət

595
Uşaqlarına təcavüz etdi və görüntüləri “Snapchatt”də satdı Dəhşət

Gənc qadın pula görə uşaqlarına təcavüz edib.

Mynews.az GoldNews.Az-a istinadən xəbər verir ki, Amerikada bir qadın pul qarşılığında təcavüz etdiyi uşaqlarının görüntülərini “Snapchatt”dən paylaşıb. Cinsi istismar etdiyi üçün həbs olunub.

8 yaşlı iki uşaq anası olan Harwood 3 və 6 yaşlı iki uşağını təcavüz etməklə günahlandırılır. İddialara görə, Harvoodun əri işə gedəndə internetdən görüşdüyü bir nəfər “Snapchatt”dən özünə masturbasiya videoları atması üçün Harvooda pul təklif edib.

Harvood da bunu qəbul edib. Bunun üçün həmin şəxs Harvoodun hesabına 115, 101 və 50 dollar məbləğində ödənişlər edib.

Daha sonra Harvoodun uşaqları ilə əlaqəyə girib videosunu özünə atmasını istəyib. Bunun üzərinə Harvood uşaqlarına təcavüz edib və 5-6 video adama göndərib.

Hadisə qadının bir dostunun “Pokemon GO” oyunu üçün Harvoodun e-mail poçtuna daxil olarkən aşkar olunub.

Onun uşaqlarını təcavüz etdiyi iki videonu görən dostu dərhal polisə xəbər verib.

Gənc qadın yalnız son bir neçə ayda göndərdiyi video materiallar əvəzində 500-600 dollar alıb.

Evli olan Harvoodun həyat yoldaşı iş yerində olarkən onun hamamda  uşaqlara seksual hərəkətlər etdiyi iddia edilir.

Məhbus olaraq mühakimə olunan gənc qadın 150 min dollar pul cəzasına məhkum edilib.

Xəbər lenti