Bodrumda uşaqları ilə dincələn Türkiyənin məşhur aktrisası Yeliz Yeşilmen dəhşətli hadisə ilə üz-üzə qalıb. Belə ki, qaldıqları oteldə ofisiantın əlindəki qızğın yağla dolu tava aktrisanın qızının üzərinə aşıb. Bu bədbəxt hadisədən sonra aktrisanın övladının boynu yanıb.
Mynews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisədən sonra Yeliz otel işçilərini tənbeh edib. Bu zaman isə o özü döyülüb.
Aktrisa sosial şəbəkədə hadisəylə bağlı məlumat verib:
“Artıq məhkəməyə baş vurmuşam. Övladımın üstünə qızğın yağı tökdülər, üstəlik mən qışqırıb-bağıranda otelin məsul şəxsləri məni günahkar bilib üstümə hücum çəkdilər və məni döydülər.
Uşağın səsini eşidib mətbəxə tərəf qaçdım. Zənn etdim ki, arı vurub. Öncə qızımı mənə göstərmədilər. “Nə olub” deyə fəryad elədim. Sonra tavanın aşdığını dedilər. Üstəlik mətbəx işçiləri üzərimə hücum çəkdi. Oradakı müştərilər də gördü. Üstəlik, təhqir, hədə havada uçurdu. Polisə zəng vurdum, ifadələrinin alınması üçün bölməyə aparılıblar. Bir ildir getdiyim oteldir. Mənə bunu etdilər. Uşağımla maraqlanmaqdan, məni döydülər. Bu səbəbdən qızım dəqiqələrlə yandı və çox qorxub".
1
SEPAH Bakıda bu obyektləri partlatmaq istəyibmiş - DTX-dən əməliyyat - VİDEO
1525 dəfə oxunub
2
Bu imtahanın vaxtı dəyişdirildi - RƏSMİ
1488 dəfə oxunub
3
Nəriman üçün icazə alındı - Bu tarixdə ABŞ-a gedir
1487 dəfə oxunub
4
Naxçıvan Ali Məhkəməsinin hakimi vəfat etdi
1475 dəfə oxunub
5
MEDİA-dan İranla bağlı saxta məlumat yayanlara - Xəbərdarlıq
1475 dəfə oxunub