“Cənab Xaçaturov, aprel döyüşlərindən bir ildən çox vaxt keçdi, hərçənd Moskva səni KTMT baş katibi postuna aparıb, lakin həmin döyüşlərdə öldürülən yüzlərlə əsgərə görə məsuliyyət sənin üstündədir. Bəxtin gətirdi ki, aprel müharibəsinin qızğın döyüşləri zamanı müdafiə naziri Seyran Ohanyan səni yanına çağırıb şəxsən güllələmədi. Sənin xoşbəxtliyindir ki, o, zədəgan nəslindən olmayıb, hərçənd buna yaxın olub. O, şansını əldən buraxıb və bununla da erməni xalqının şüurunda ali baş komandan rolunu uzun müddətə Varujan Avetisyana buraxıb...”
Bu sitat erməni yazar Vahan Kozmoyanın Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi, hazırda KTMT blokunun katibi olan general Yuri Xaçaturova ünvanlanmış açıq məktubundandır. Məktubu lragir.am portalı dərc edib.
“Cənab Xaçaturov, vətənimizin başının üstünü müharibə baltası alıb, ruslar Azərbaycanı silahlandırır, Ermənistan respublikasının oyuncaq hökuməti isə öz xalqını satır. Nəyə görə Siz təxribatçı aprel müharibəsinin iştirakçısı oldunuz və rusların Qarabağda NATO-ya qarşı daha bir baza yerləşdirməsinə şərait yaratmağa hazırlaşırdınız?”-müəllif generala məktubunu davam etdirir.

Məktubda deyilir ki, Xaçaturov ya ruslara işləyən erməni sərkərdələri baqramyanlar, mikoyanların xəttini davam etdirib KTMT baş katibi kimi qalmalı, ya da ötən ilin iyul ayında İrəvanda silahlı qiyam qaldırmış Jirayr Səfilyan, Varujan Avetisyan və “Monte Melkonyanın yolunu davam etdirən digərlərinə” (Monte Melkonyan Qarabağda öldürülmüş “Asala” terrorçusudur) tərəf baxmalıdır.
“Bu, ruslar və qeyri-ruslar arasında seçim çağırışı deyil, sadəcə olaraq əcdadların harayıdır. Montenin yoluna qayıdın və yada salın ki, yadların əlaltısı olan talantlı şəxslər düşməndən təhlükəlidir, onlar dinc dövrdə öz xalqlarını yuxuya verərlər, dirçəlişdə isə öz sahibinin məqsədlərinə doğru gedərlər”-məktubda yazılır.
Qeyd edək ki, son vaxtlar erməni ictimaiyyətində Rusiyaya və ruslara qarşı çağırışlar artıb. Ermənistan hakimiyyəti isə Rusiyanın maraqlarına zidd olaraq NATO və Avropa İttifaqı ilə əlaqələri dərinləşdirir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub