USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı
7°

Bu ərəb ölkəsindən Türkiyəyə qarşı böyük şok QALMAQAL

Birləşmiş Ərəb Əmirliklərinin "Dubai TV" kanalı Türkiyəni qaralamaq məqsədi ilə yalan xəbər yayımlayıb.

20:16 22.08.2017
Bu ərəb ölkəsindən Türkiyəyə qarşı böyük şok QALMAQAL
20:16 22.08.2017

"Ölkə.Az" xəbər verir ki, ərəb kanalının xəbərinə əsasən türk hərbçiləri Qətərdə küçəyə çıxma qadağası elan edib.

BƏƏ-nin "Dubai TV" kanalında yayımlanan xəbərdə türk əsgərinin Qətərdə olmasının verdiyi narahatçılıq qaralama kampaniyasına çevrilib. "Əl-Cəzirə" kanalının xəbərinə görə "Dubai TV" kanalı qalmaqallı bir xəbərə imza ataraq "türk əsgərləri Qətərdə küçəyə çıxma qadağası elan edib" formasında yalan xəbər yayımlayıb.

Xəbərdə deyilir: "Qətərli bəzi müxalif mənbələr türk əsgərləri tərəfindən Dohada bəzi yolların bağlanıb və insanların keçməyinə icazə verilmir".

5 iyun tarixində Qətəri blokadaya almaq barədə qərar qəbul edən ölkələrdən olan BƏƏ o gündən bu yana rəsmi Dohaya qarşı çirkin siyasət nümayiş etdirir. Xüsusən də mətbuat vasitəsilə qaralama kampaniyası aparan BƏƏ Qətərə dəstək olduğu üçün Türkiyəni hədəfə götürüb. BƏƏ-nin türk əsgərindən narahat olması təsadüf deyil. 15 iyul qiyamının BƏƏ ilə əlaqələri olduğu müəyyən edilmişdi.


Xəbər lenti