Diyarbakırın Ergani mahalında Facebook vasitəsilə tanış olduqları 13 yaşlı qız uşağını kimsəsiz bir yerə aparıb nəşə çəkdirən və zorlayan 2 şübhəliyə hökm oxunub.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, ailəsi ilə birlikdə yaşayan 13 yaşlı İ.Y., 2016-cı ilin 16 fevral günü polis bölməsinə gedərək, Facebook-dan tanış olduğu, ikisi də 20 yaşında olan Abdurrahman Demir və "Çiko" ləqəbli Məhəmməd Sait Atilla tərəfindən başına gətirilənləri danışıb. Zərərçəkənin müraciəti sonrası Demir və Atilla nəzarətə alınıb. İfadələrində cinayət əməllərini etiraf edən və qızın yaşının kiçik olduğunu bilmədiklərini söyləyən şübhəlilər həbs olunublar.
"Qışqırdım, AMMA köməyə keç kim gəlmədi"
Məhkəmədə ifadəsi alınan İ.Y. "Onlar maşının içində zorla mənimlə birlikdə oldular. Əvvəl Atilla, sonra da digəri zorladı. "İstəmirəm" deyə qışqırdım, ağladım. Nəşəni cinsi əlaqədə olandan sonra çəkdik. Maşının içində bağırmağıma baxmayaraq köməyimə heç kim gəlmədi", - deyib.
Qərarını açıqlayan məhkəmə Demir və Atillanı 15 il 10 ay müddətinə azadlıqdan məhrum edib
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub