Biçindən sonra taxıl zəmilərinin yandırılması Şəkidə hektarlarla ərazini külə çevirib.
Mynews.az ARB TV-yə istinadən xəbər verir ki, yanğın barədə məlumat Şəki Dövlət Yanğından Mühafizə Hissəsinə səhər 11:00 radələrində daxil olsa da, yanğının ötən gündən başladığı ehtimal edilir.
Yanğının qarşısını almaq üçün Qax rayonundan da kömək çağırılıb. Hektarlarla ərazini külə çevirən yanğın çəkiliş qrupumuzun işini çətinləşdirib.
Yanğının məhsuldarlığın artırılması üçün biçindən sonra taxıl sahələrinin yandırılması səbəbindən baş verməsi ehtimal olunur. Mütəxəssislər isə sahənin yandırılmasının məhsuldarlığın artırılmasına müsbət təsir etmədiyini, əksinə böyük ziyanı vurduğunu bildirir. Bu cür yanğınların qarşısı alınmalı, onların geniş yayılmaması üçün lazımi tədbirlər görülməlidir. Taxıl zəmilərinin yanması təkcə sahibkarlara yox, ekologiyaya da zərbədir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub