"Real Madrid" və Braziliya millisinin əfsanə futbolçusu Roberto Karlos nikahdankənar doğulan uşaqlarından birinə təxminən 35 min manata çatan alimenti ödəmədiyi üçün azadlıqdan məhrum edilib.
Futbolçu karyerası dövründə milyonlar qazanan məşhur futbolçu iqtisadi çətinlik yaşadığını bildirərək borcunu kreditlə ödəməyi təklif edib. İddiaya baxan qadın hakim futbolçunun təklifini inandırıcı hesab etməyərək Roberto Karlosa 3 ay həbs cəzası verib.
Karlos borcunu ödədiyi təqdirdə cəza müddəti azalacaq.
Qeyd edək ki, Roberto Karlosun doqquz uşağı var. Üç uşağı ilk evliliyindən, ikisi indiki arvadı Mariani Lukkonandan, dörd uşağı isə nikahdankənar doğulub.
mənbə: milli.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub