Rusiya ötən il NATO əsgərlərinin Avropanın şərqinə yerləşdirilməsinə cavab addımı atmağı planlaşdırır.
Mynews.az-ın xəbərinə əsasən, bu barədə APA “The “Guardian”a istinadən xəbər verir.
Məlumata əsasən, Qərb ölkələri və NATO ilə münasibətlərdə gərginlik yaşayan Moskva "Soyuq müharibə"dən sonra ən böyük hərbi təlimlərə hazırlaşır.
Sentyabrın 14-20-də keçiriləcək "Qərb-2017" hərbi təlimlərində 100 min əsgər iştirak edəcək.
Əsgərlər üç ayrı mövqedə təlimlərə cəlb olunacaqlar.
Rusiya prezidenti Vladimir Putinin əmri ilə hərbçilər Belarus, Kalininqrad və Rusiyanın digər nöqtələrinə göndəriləcək. İlk rus hərbi qüvvələri artıq Belarusdadır.
“Guardian”a danışan NATO-nun səlahiyyətli nümayəndələri bununla bağlı şərh verməyəcəklərini, ancaq prosesi yaxından izləyəcəklərini deyiblər.
Bildirilir ki, bu, "Soyuq müharibə"dən sonra ən nəhəng hərbi təlimlər olacaq.
Xatırladaq ki, ötən il İngiltərənin rəhbərliyi altında bir neçə dövlətin Rusiya sərhədinə yaxın ölkələrə əsgər göndərməsindən sonra NATO ilə Rusiya arasında münasibətlər kəsilib.
ABŞ-ın Rusiya sərhədinə hərbi qüvvə göndərməsinə cavab olaraq isə Putin Kalininqrada S-400 və "İsgəndər" raket kompleksləri yerləşdirmişdi. Bundan başqa, Rusiya Polşa sərhədlərinə də hərbi qüvvələr göndərmişdi.
NATO isə son bir il ərzində Rumıniya, Estoniya, Polşa və Gürcüstanda xeyli hərbi təlim keçirib.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub