Türkiyədə dəhşətli ailə qətlinin təfərrüatı məlum olub.
Milli.Az Hürriyet-ə istinadən xəbər verir ki, Hülya Tuncer (35), 18 il əvvəl Sedat Tuncerə (35) ərə gedib. Bu evlilikdən 2-si qız olmaqla 4 uşaqları olub. Tuncer yoldaşından şiddət gördüyü səbəbiylə bir neçə dəfə evdən qaçaraq qadın sığınacaq mərkəzlərinə yerləşib. Bir dəfə də ailəsinin yanına gedən Tuncer hər səfərində dilə tutularaq yoldaşıyla barışıb, evinə dönüb.
''Ərimi öldürdüm, gəlin məni aparın''
Tuncer cütlüyü 21 avqustda səhər yeməyi zamanı yenə mübahisə edib. Yoldaşına aid sənədsiz silahı gizlətdiyi yerdən götürən Hülya Tuncer qəfil atəş açmağa başlayıb. Sedat Tuncer hadisə yerində həyatını itirib. Hülya Tuncer polis bölməsinə zəng edərək "Ərimi öldürdüm, gəlin məni aparın" deyib.
Qadının dediyi ünvandakı evə girən polislər Sedat Tuncerə 5 dəfə atəş açıldığını aşkarlayıblar. Hülya Tuncerin ərini öldürdüyü zaman uşaqlarının yan otaqda olduqları məlum olub.
Nəzarətə alınan Hülya ifadəsində "O qədər döyürdü ki, psixologiyam pozulduğundan müalicə alırdım. Öldürmək istədim, sonra imtina etdim, nahar hazırladım. Amma naharda məndən pul istədi, yox deyincə "İki gün əvvəl atan və qardaşın səni götürüb getdi, səni axşama qədər bir neçə kişiyə satıblar, oradan heç pul qalmadımı" deyə təhqir etdi. Qışqırıb söyüş söydü. Artıq səbrim çatmadı, öldürdüm. Həyat yoldaşım həm narkotik istifadə edirdi, həm də satırdı" dediyi məlum olub.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub