Partlayış Pakistanın Peşəvar şəhərində Əfqanıstan ilə sərhəd yaxınlığında baş verib.
Mynews.az-ın məlumatına görə, hadisə nəticəsində iki nəfər ölüb, daha 18 nəfər isə yaralanıb.
Polisin məlumatına görə, kamikadze-terrorçu Hayatabad rayonunda tibbi kompleksin yaxınlığında motosiklet ilə hökumət avtomobilinə çırpılıb, toqquşma nəticəsində partlayış baş verib.
Reuters-in məlumatına görə, tibbi mərkəzə Pakistanın “Tehrik-e-İnsaf” müxalif partiyasının lideri İmran Xan gəlməyə hazırlaşırdı. Məlumata görə, o, zərər çəkməyib.
Regionda fəaliyyət göstərən qruplaşmalardan heç biri baş verən hadisəyə görə məsuliyyəti öz üzərinə götürməyib.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub