Türkiyə Milli İstihbarat Təşkilatı (Milli Kəşfiyyat Təşkilatı) ölkə prezidentinin birbaşa tabeliyinə verilib.
Mynews.az Report-a istinadən verir ki, bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub.
Fövqəladə vəziyyət rejimində qəbul olunan qanun hökmündə qərara əsasən, Milli İstihbarat Təşkilatı (MİT) rəhbərinin başçılıq etdiyi MİT Əlaqələndirmə Qurumuna da bundan sonra prezident sədrlik edəcək.
Sənədə görə, bundan sonra Türkiyə Silahlı Qüvvələri və Müdafiə Nazirliyinin əməkdaşları ilə bağlı bütün xidməti informasiyaları MİT toplayacaq, təhlil edəcək və aidiyyəti qurumlara ötürəcək.
Qərara əsasən, Türkiyə yüksək təhsil qurumlarından 120 elm adamı, Müdafiə Nazirliyinin 19, Silahlı Qüvvələrin Baş Qərargahının 1, Quru Qoşunları Komandanlığının 106, Dəniz Qüvvələri Komandanlığının 40, Hava Qüvvələri Komandanlığının 59 əməkdaşı işdən azad edilib.
Qeyd edək ki, indiyə qədər MİT rəhbəri Nazirlər Kabinetinin üzvü olmaqla yanaşı, təyinatı parlamentdə təsdiqlənirdi.
1
Bakıda iş saatları dəyişə bilər: Tıxac probleminə yeni həll
435 dəfə oxunub
2
Göygöldə 2 uşaq göldə boğularaq ölüb
427 dəfə oxunub
3
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
226 dəfə oxunub
4
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
218 dəfə oxunub
5
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
214 dəfə oxunub