Bir neçə yaraqlı Əfqanıstanın paytaxtı Kabildə məscidə hücum edib.
Mynews.az Report-a istinadən xəbər verir ki, İmam Zaman məscidinin həyətində partlayış baş verib, atışma gedir.
Şahidlərin sözlərinə görə, dörd yaraqlı mühafizəçiləri öldürərək binaya daxil olub. Hücum edənlərin polis forması geyindiyi qeyd edilir.
Əfqanıstan Daxili İşlər Nazirliyi hücum edənlərdən birinin özünü məscidin yanında partlatdığını təsdiqləyib. DİN-in məlumatında 2 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilir.
Polis məscid ətrafındakı bölgəni mühasirəyə alıb. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb olunub.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub