Macarıstan hökuməti Niderland Krallığındakı səfirini geri çağıraraq diplomatik təmsilçiliyin səviyyəsini müvəqqəti işlər vəkilinə endirib.
Mynews.az Report-a itinadən xəbər verir ki, bu barədə Macarıstan xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto bildirib.
Buna səbəb Niderlandın Macarıstandakı səfiri Qayus Şeltemin macar mətbuatına müsahibəsində söylədiklərinin olduğu bildirilib. Səfir müsahibəsində Macarıstan hökumətini terrorçulara oxşadıb: “Macarıstan hökuməti düşmən obrazı yaradarkən İslam ekstremistlərinin üsulundan istifadə edir”.
Peter Siyyartonun sözlərinə görə, iki dövlət arasında qeyri-müəyyən müddətədək səfir səviyyəsində diplomatik münasibət olmayacaq.
O, ölkəsinin krallıqdakı səfirliyinin müvəqqəti işlər vəkilinə Niderland Xarici İşlər Nazirliyindən məsələyə dair izahat tələb etməsini tapşırıb: “Bizə açıq-aşkar izahat verilməlidir. Bağlı qapılar arxasında verilən açıqlama bizi qane etmir.
Macarıstana və macar xalqına münasibətdə irad tutmaq icazəsi heç kimə verilməyib”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub