ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə sabiq müşaviri Maykl Flinn siyasi mübarizədə hakerlərlə işbirliyində ittiham olunur.
Mynews.az yenicag.az-a istinadən xəbər verir ki, ABŞ-ın “Rusiya işi” üzrə xüsusi prokuroru Robert Müller prezident Trampın keçmiş müşaviri Maykl Flinnin prezidentliyə sabiq namizəd Hillari Klintonun məxfi yazışmalarının hakerlərdən alınmasında mümkün iştirakına dair təhqiqata başlayıb.
“The Wall Street Journal” nəşrinin yazdığına görə, hakerlərin əlinə keçən elektron məktubların axtarışını Respublikaçılar partiyasının fəalı, iş adamı Piter Smit təşkil edib. Qeyd olunur ki, Smit ötən ilin noyabrında keçirilmiş prezident seçkiləri ərəfəsində texniki ekspertlərdən ibarət qrup formalaşdırıb.
Smitin ifadəsinə əsasən, Flinn ona içində Klinton əleyhinə kompromat ola biləcək məktubların axtarışında kömək edib. İş adamı əlavə edib ki, o bu işləri
Trampın seçki qərargahı ilə bağlı olmayaraq, fərdi qaydada həyata keçirib.
Onun sözlərinə görə, axtarış nəticəsində Klintonun məxfi məktublarını ələ keçirdiklərini bildirmiş 5 haker qrupu ilə əlaqə yaradıb.
Hazırda prokuror Müller əsas diqqətini Flinnin bu işlərdə iştirakı olub-olmamasını müəyyənləşdirməyə yönəldib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub