Banqladeşdə parazit sürfələri daşıyan ağcaqanadların sancdığı qadın infeksiyadan sonra fil xəstəliyinə düçar olub.
Mynews.az Ölkə.az-a istinadən xəbər verir ki, infeksiyadan sonra sağ ayağı şişən qadın dəhşətli mənzərə ilə qarşılaşıb.
Hadisə 18 il əvvəl baş verib. Ağcaqanad sancan qadının həyatı məhv olub. 40 yaşlı qadın 18 ildir ki, fil xəstəliyi ilə yaşayır.
Rezia Begum adlı qadın hazırda Banqladeşin “Dhaka Medical College” xəstəxanasında müalicə olunur. Xəstə qadın uşaqlarına baxa bilmir və ehtiyaclarını qarşılaya bilmir.
Müalicə alan qadın deyib: “20 il əvvəl heç bir problemim yox idi. Ayağım da normal idi. 2-ci övladımı dünyaya gətirdikdən sonra sağ ayağım yavaş-yavaş şişməyə başladı. Bir problem olduğunu anlamışdım. Xəstəxanaya müraciət etdim və fil xəstəliyinə yoluxduğumu öyrəndim. Sağ ayağımın çəkisi hazırda 60 kq-dır. Hətta tualetə də təkbaşına gedə bilmirəm”.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub