“Youtube” video portalına yüklənən kliplər arasında qısa müddətə yeni rekord vurulub.
Mynews.az baku.ws-ə istinadən verdiyi məlumatına görə, Puerto-Rikolu pop müğənnisi Luis Fonsinin ifa etdiyi “Despacito” mahnısının klipini 8 aya 3 milyard 400 milyondan çox adam izləyib.
Bundan başqa, klipi 20 milyondan çox insan bəyənib. Qısa müddətdə izlənmə rekordu qıran klipə 1 milyon 200 mindən çox şərh yazılıb.
“Despacito” mahnısı rekordu uzun müddətdir əlində saxlayan cənubi koreyalı müğənni PSY-ın "Gangnam Style” mahnısını xeyli geridə qoyub.
"Gangnam Style” mahnısının klipi 2012-ci ildə “Youtube”a yüklənib və bu günə qədər 2 milyard 900 milyon insan izləyib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub