Türklərin böyük qələbəsi “Turan taktikası”

991
Türklərin böyük qələbəsi “Turan taktikası”

1071-ci ilin bu günü dünya və türk tarixində çox böyük bir hadisə olan Malazgirt döyüşünün baş verməsindən 946 il ötür. Malazgirt döyüşünün tarixi və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Bu hadisə türk tarixində öz əhəmiyyətinə görə yalnız 1453-cu il İstanbulun fəthi və 1526-cı ildə Osmanlıya Avropanın qapılarını açan Mohac savaşı ilə müqayisə oluna bilər. Sultan Alparslanın türklərə Anadoluya girməyə icazə verməsindən sonra Bizans imperatorluğuna Roman Diogen çıxarıldı. O, sayı 200 min olan (bəzi mənbələrə görə 1 milyon) ordu toplayıb Anadoluya, sultan Alparslanla döyüşə yollandı. Onun ordusunda nizami bizans və erməni əsgəri birləşmələrindən başqa muzdlu peçeneq, qıpçaq, slavyan, qot, gürcü döyüşçüləri də var idi. Döyüşün gedişatında türk dilində Alparslanın komandanlarının əmrini eşidən türk birləşmələri səlcuqluların tərəfinə keçdilər. Qorxaq ermənilər isə Bizans ordusuna xəyanət edərək, ümumiyyətlə döyüş meydanından qaçaraq fərarilik etmişdilər. Habelə, imperator Diogen paytaxt Konstantinopoldan Anadoluya gəlib çatdıqda bizans təbəələri olan yerli əhali ona ermənilərin quldur basqınlardan, barbarlıqlarından şikayət etdilər. Bundan qeyzlənən imperator əmr verdi ki, burada yaşayan ermənilərin məhəllələri dağıdılsın. Bir çox ermənilər öldürüldü, başçıları isə sürgünə göndərildi. Alparslan Bizans imperatorunun Azərbaycandan keçərək İsfahanı tutmaq niyyətində olduğunu, Səlcuqlu dövlətini süquta uğratmaq istədiyini bilirdi. O, düşməninin çox güclü olduğunu görərək, ordusunun ruhdan düşməməsi üçün ağ kəfən geyinərək atının quyruğunu bağlamış və özünün həlak olacağı yerdə basdırılmasını əmr etmişdi. 1071-ci il 26 avqust cümə günü başlayan tarixin ən böyük meydan müharibələrindən biri türklərin “Turan taktikası” nəticəsində onların xeyrinə bitdi. Alparslan əvvəlcə zəif dəstələri irəli göndərdi, onlar bir azdan bizansliların qarşısından geri çəkildilər. Bizans ordusu da onların arxasından təqib etməyə başladılar. Ağır zirehli qoruyucu geyimdə olan bizans əsgərləri yüngül türk döyüşçülərini axıracan izləyə bilməyib yoruldular. Bu zaman yaxınlaşan əsas Səlcuqlu qüvvələri bizanslıları darmadağın etdi. İmperator Diogen əsir götürüldü. Alparslan onu böyük miqar pul qarşılığında azad buraxsa da, lakin məğlub imperator taxtdan devrilmiş, yerinə başqa imperator gətirilmişdi. Diogen əvvəlcə kiçik bir kilsəyə sığınaraq rahibliyə başlasa da, lakin tezliklə gözlərinə mil çəkilərək edam edildi. Bir neçə gün sonra isə gözünə düşən infeksiyadan öldü. Yeni Bizans imperatoru Diogenlə Alparslan arasındakı sülh müqaviləsini tanımaqdan imtina etdiyi üçün Alparslan türk bəylərinə Anadolunu tamamilə ələ keçirmək əmrini verdi. Anadoludan sonra Avropaya türk fəthlərinin başlayacağndan qorxuya düşən Roma Papası Avropanın bütün xristiyan krallarına Şərqə səlib yürüşünə başlamaq çağırışı etdi. Malazgirt döyüşü isə Anadolunun qapılarını türklərə açmaq, özlərinin qarşısında əsas maneə olan Bizansın zəiflədilməsi baxımından əhəmiyyətli oldu. Səlcuqlu dövləti də getdikcə zəifləsə də, onun yerində türk bəylikləri meydana gəldi ki, bunlardan da ən əsası 624 il üç qitəyə, yeddi dənizə hökmranlıq etmiş Osmanlı imperatorluğu oldu. Ancaq bir çoxlarının bildiyi kimi, Malazgirt türklərin Anadoluya gəlişi tarixi deyil, hakim oluşu tarixidir! Miladdan çox çox əvvəl burada türk tayfaları yaşayırdılar. Malazgirt isə onları Anadolunun hakimi elədi!

Xəbər lenti