Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər proqramı məlum olub.
Mynews.az xəbər verir ki, diplomatik mənbələrdən Report-a verilən məlumata görə, sentyabrın 12-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclası keçiriləcək.
Toplantıda Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. İclasda ikitərəfli münasibətlərin və əməkdaşlığın müxtəlif istiqamətlərdə inkişafı prespektivləri nəzərdən keçiriləcək.
Bundan başqa, R.T.Ərdoğan Bakıda bir sıra rəsmi görüşlər keçirəcək.
Qeyd edək ki, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası 2016-cı ilin martın 15-də Ankarada keçirilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub