Cənubi Koreyanın Müdafiə inkişafı agentliyi ballistik raketlərin keçən həftə sınaqdan keçirilməsi ilə bağlı nadir kadrları yayıb. Görüntülər internetdə Şimali Koreya növbəti dəfə öz raketlərini buraxdıqdan sonra yayılıb.
Mynews.az Oxu.Az-a istinadən xəbər verir ki, 86 saniyə sürən videoda 500 və 800 km təsir radiusuna malik raketlərin sınaqdan keçirilməsi əks olunur. Hər iki raket quruda və suda hədəfi dəqiq vurub.
Müdafiə inkişafı agentliyinin nümayəndəsi qeyd edib ki, raketlər Cənubi Koreyanın qabaqlayıcı zərbələr sistemində və kütləvi cəzalandırma sxemində əsas elementlər qismində xidmət edəcəklər.
Xatırladaq ki, bu gün Şimali Koreya Yaponiyanın şimal-şərq bölgəsi üzərindən Sakit okean istiqamətində ballistik raket buraxıb.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub