"Çoçukar duymasın" serialının rejissoru Birol Güvən bazar günü keçmiş sevgilisi Filiz Aker tərəfindən güllələnərək öldürülən dostu Vatan Şaşmaz haqqında məktub yazıb.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, rejissor məktubu dostunun dünyaya gəlməyən oğluna ünvanlayıb. Sözgedən məktubu təqdim edirik.
"Sevgili körpə, ölənlərin arxasından yaxşı sözlər deyilir, amma sənin atan yaşayarkən də arxasından çox yaxşı sözlər deyilən xüsusi insan idi. Sənin atan hər kəsin sevinc qaynağı idi, onun olduğu yerdə narazı sifətli bir adam belə olmazdı. Sənin atan, sadəcə, çox yaxşı aparıcı deyil, eyni zamanda, çox yaxşı aktyor idi. Atan olmasaydı, "Çoçuklar Duymasın" serialında Engin xarakteri olmazdı. Bu rolu o qədər gözəl oynadı ki, rolu illərlə çoxumuzun həyatına rəng qatdı. Sənin atan dəyərlərinə bağlı və adının haqqını verən əsl vətənpərvər idi.
Sənin atanı hamı çox sevirdi. O hər kəsin əvəzolunmaz sevgilisi idi. Amma təəssüf ki, onun üçün yazılan ssenari çox kədərli bitdi. Atanın 43 illik həyatı haqqında deyilməli o qədər çox şey var ki... Yazmaqla, deməklə bitməz. Əminəm ki, kimsə bir gün bunları yazacaq, hətta sənədli filmlərini çəkəcək. Bu gün atanı torpağa verdiyimiz bu dəqiqələrdə sənə sadəcə onu demək istəyirəm ki, onunla fəxr et, o hər şeydən əvvəl həqiqətən çox yaxşı insan idi.
Hörmətlə, Birol Güvən. Atanı çox yaxşı tanıyan biri".
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub