Ermənistan ordusu zabitlərinin özbaşınalığı və “dedovşina” əsgər valideynlərinin qorxulu kabusuna çevrilib
Mynews.az big.az-a istinadən xəbər verir ki, Ermənistan ordusu zabitlərinin özbaşınalığı və “dedovşina” bu ölkədə artıq əsgər valideynlərinin qorxulu kabusuna çevrilib. Bu gün övladını hərbi xidmətə yola salan analar hərbi xidmətdə olan oğullarının döyüş tapşırığı yerinə yerərkən ölməsindən daha çox, orduda hökm sürən yerlibazlıq, əyyaşlıq, nizamnamədən kənar münasibətlər və zabitlərin özbaşınalığının qurbanı olmasından qorxurlar. Son günlər bir-birinin ardınca baş verən hadisələr və hər dəfə də 2-3 ermənistanlı əsgərin xəsarət alması hərbi qulluqçuların valideyinlərinin böyük narahatlığına səbəb olub.
Avqustun 29-da Ağdarə istiqamətində yerləşən işğalçı Ermənistan ordusunun bölmələrindən birində daha 3 sıravi əsgər komandirləri tərəfindən vəhşicəsinə döyülərək şəxsi heyət qarşısında təhqirlərə məruz qalıb.
Ac-susuz həm də günəş altında qazıntı işləri aparmaqdan imtina edən Harut Martirosyan, Levon Xaçaturyan, Eduard Bağdanyan komandirləri tərəfindən döyülüblər.
Həmçinin sosial şəbəkələrdə yayılan paylaşmalardan bəlli olub ki, Xocavənddə yerləşən işğalçı Ermənistan ordusunun digər hərbi hissəsinin 2-ci alayında komandirin texniki hissə üzrə müavini alay üzrə cavabdeh qaldığı zaman dostları ilə keyf məclisi qurub. Sonradan o sərxoş vəziyyətdə bölüyə gəlmiş və şəxsi heyətə qarşı qanunazidd hərəkətlərə yol vermişdir
Buna dözməyən müqavilə əsasında xidmət keçən 2 hərbi qulluqçu bölməni tərk etmiş və səhər qayıtdıqdan sonra hadisə barədə alay komandirinə şikayət etmişlər. Cavabdeh olduğu müddətdə vəzifə səlahiyətlərini aşan həmin zabit 5 sutka müddətinə həbs edilərək haupvaxta göndərilib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub