Dünya üzrə kütləvi intiharı təşkil etməyə çalışan gənc Argentinada həbs edilib.
Mynews.az xəbər verir ki, kütləvi intihar avqustun 17-də həyata keçirilməli idi.
Planın üstü İspaniyanın Baskoniya vilayətinin polisi tərəfindən açılıb. Polisin internet xidməti göstərən şirkətlə əməkdaşlığı nəticəsində gəncin Cənubi Amerika ölkəsində yaşadığı müəyyənləşdirilib.
Hazırda araşdırma aparılır və kütləvi aksiyanın təşkilatçının güman edilən qurbanlarının sayı ilə onların milliyyəti hələ açıqlanmır. Amma onlardan iki nəfərin İspaniyada yaşadığı bildirilir.
Qrupun “Göy balina” ilə oxşar olduğu deyilir. "Vkontakte" və "Instagram" sosial şəbəkələrində yaradılmış "Göy balina" ("синий кит") qrupu uşaqları oyuna qoşulmağa, müxtəlif tapşırıqları yerinə yetirməyə və sonda intihar etməyə çağırır.
Ancaq onlar arasında bir fərq var. 17 yaşlı cinayətkar qrupun iştirakçılarına bir gündə birlikdə intihar etməyi təklif edirdi. “Göy balina”da isə qurbanlar intihara tədricən itələnir.
Məlumata görə, kütləvi intihar ilin sonunda olmalı idi, ancaq təşkilatçı onun tarixini avqustun 17-nə - dostunun ölümünün ildönümünü çəkib. O, kütləvi intiharın planlaşdırıldığı gündən 6 gün əvvəl – avqustun 11-də həbs edilib.
Argentinanın Federal polisinin agentləri onun San-Xose şəhərindəki evində axtarışlar zamanı bıçaqlar və ülgücləri tapıblar. Həmçinin müəyyən edilib ki, psixiatrlar gəncə himayədarlıq edirdilər.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub