İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı iki mindən çox İŞİD silahlısını məhv edib.
Mynews.az report.az-a istinadən bildirir ki, bu barədə İraq ordusunun bəyanatında bildirilir.
Şəhərin azad edilməsi əməliyyatı İraqın şimal-qərbində, avqustun 20-də başlayıb. Ölkənin baş naziri Heydər əl-Abadi avqustun 31-də İraq ordusunun İŞİD üzərində qələbə çaldığını və Təlafərin yerləşdiyi Neynəvanın şimal hissəsinin terrorçulardan tam azad edildiyini bildirib.
Birgə əməliyyatın komandanlığının general-leytenantı Abdul Əmir Yarəllə bildirib ki, avqustun 20-dən 31-dək 2000-dən çox terrorçu və 50 terrorçu kamikadze öldürülüb, həmçinin partlayıcı qurğunun olduğu 77 avtomobil, 71 minalanmış tikili və yol kənarına qoyulmuş 990 mina partladılıb.
Onun sözlərinə görə, əməliyyatda İraq ordusunun əsgərləri, federal polisin və onun xüsusi bölmələrinin, həmçinin "Xalq Səfərbərliyi"nin döyüşçüləri iştirak edib. İraqın güc strukturlarının itkisi 115 nəfər olub, döyüşlər zamanı demək olar, 680 nəfər yaralanıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub