16 ay əvvəl Amerikada Peysli Morrison Conson adlı bir qız doğuldu. O tamamilə sağlam görünsə də, elə ilk ağlamağı ilə valideynlərini də, həkimləri də şoka saldı.
Mynews.az bizimyol.info Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Peyslinin dili 40 yaşlı insanların dili böyüklüyündə idi.Həkimlər bunun DNK -da baş verən bir anomaliya ilə əlaqələndirib Bekvit- Videmann sindromu olduğunu sööylədilər. Bu sindromla doğulanlar anormal dərəcədə böyük vücud orqanları ilə seçilirlər. Peysli də dünyada ilk dəfə görünən dil böyüməsi var idi. Körpə nəfəs ala, yemək yeyə bilmirdi. Valideynləri onu əməliyyat elətdirərək dilinin bir hissəsini kəsdirdilər. Lakin çox keçmədən dil yenidən böyüməyə başladı. Ümidini itirməyən ata -ana bu dəfə dilin yenidən əməliyyat olunaraq üçdən birinin kəsilməsinə qərar verdilər. Son əməliyyat uğurlu oldu və Peysli bu əməliyyatdan sonra bütün normal körpələr kimi gülümsəyə bilir.

1
12 yaşlı oğlan yanğında öldü
856 dəfə oxunub
2
“Qalatasaray”ın qapıçısını fitə basdılar, ağladı - VİDEO
847 dəfə oxunub
3
Bu məktəblər distant tədrisə keçir
827 dəfə oxunub
4
"Son zəng" tədbiri ilə bağlı VACİB XƏBƏR
800 dəfə oxunub
5
Aztəminatlı əhali üçün qaz təchizatı əlçatan deyil: Azəriqaz niyə problem yaradır? - ARAŞDIRMA
788 dəfə oxunub