İkinci Dünya Müharibəsində atılmış Böyük Britaniya aviabombası ilə əlaqədar Frankfurtda 60 mindən çox sakin öz evini tərk etmək məcburiyyətində qalıb.APA-nın verdiyi məlumata görə, evakuasiya saat 10.00-da başlayıb.
Bu, Almaniyada müharibədən sonra ən böyük evakuasiyadır. Minaaxtaranlar bu gün saat 14.00-da 1,5 ton partlayıcını zərərsizləşdirməlidirlər. Bomba avqustun 29-da aşkarlanıb. Bombanın ətrafında 1,5 km təhlükəsizlik zonası yaradılıb. Bu zonaya yaşayış evləri ilə bərabər Frankfurt Polis İdarəsinin binası, bir neçə xəstəxana, o cümlədən “Hessischer Rundfunk” mediaşirkətinin mənzil-qərargahı düşür.
Qeyd edək ki, bundan əvvəl Almaniyada ən böyük evakuasiya 2016-cı ilin sonlarında Aysburqda həyata keçirilib. Həmin vaxt aviabombanın zərərsizləşdirilməsi ilə əlaqədar 54 min sakin evini tərk edib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub