Çeçenistan başçısı Ramzan Kadırov dünən özünün Instagram səhifəsində canlı yayımda Myanmada müsəlmanlara qarşı törədilən soyqırımını şərh edib. Xatırladaq ki, dünən Moskvada müsəlmanlar Myanma səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər.
Virtualaz.org xəbər verir ki, Kadırov öz çıxışında Rusiya KİV-i fəaliyyətsizlikdə ittiham edib. “Avropada hardasa partlayış olanda bizim şərəfli KİV dərhal reaksiya verir. Amma üç günə bir neçə min adam öldürülür, hamı susur”, – Kadırov bildirib.
O həmçinin qeyd edib ki, Myanmaya “ordu yeritmək” barədə tez-tez müraciətlər alır. Kadırov vurğulayıb ki, bu, onun səlahiyyətində deyil və təkbaşına belə qərar verə bilməz. Lakin onu da əlavə edib ki, əgər Rusiya Myanmada “cinayətlər törədən” “şeytanlar”ı dəstəkləsə, Rusiyanın bu mövqeyinə qarşı çıxacaq.
“Əgər Rusiya bu cinayətləri törədən şeytanları dəstəkləsə belə, mən Rusiyanın bu mövqeyinə qarşıyam. Mənim öz düşüncəm və mövqeyim var. Əminəm ki, bu gün heç kim qatilləri dəstəkləməyəcək, lakin dövlət siyasətinin bəzi incəlikləri var ki, buna da anlayışla yanaşmalıyıq”, – Kadırov bildirib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub