Hadisə Türkiyənin Şanlıurfa ərazisində qeydə alınıb.
Mynews.az Publika.az-a istinadən xəbər verir ki, 33 yaşlı suriya əsilli Nahiyə Atay 2004-cü ildə Əhməd Atay ilə ailə qurub. İzdivacdan onların 7 övladı dünyaya gəlib.
Həyat yoldaşının ikinci arvadı olan qadın onun ilk evliliyindən olan uşaqları ilə daim mübahisə yaşayırmış. Baş verən mübahisə zəminində ögey oğlu qadını küt alətlə döyərək qətlə yetirib. 6 saat cəsədi evdə saxladıqdan sonra axşam saatlarında yaşadıqları binanın 2-ci mərtəbəsindən yerə ataraq hadisəni intihar olaraq qələmə verməyə çalışıb.
Hadisə yerinə gələn tibbi briqada qadının cəsədini ekspertizaya aparıb. Tibbi rəyə əsasən, qadın eyvandan düşməzdən 6 saat əvvəl dünyasını dəyişib. Qadın hamilə olub.
Hadisə ilə bağlı istintaq başladılıb. Polislər qadının ögey oğlunu şübhəli şəxs qismində saxlayıblar.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub