Qayınana-gəlin münasibətləri hər zaman maraqla müzakirə olunsa da, budəfəki hadisə bütün dünya mediasının diqqətini çəkib.
Milli.Az Britaniya mətbuatına istinadla xəbər verir ki, qayınana gəlinini cəzalandırmaq üçün 12 min kilometr məsafə qət edib. Belə ki, o, Amerikanın Florida ştatında oğlu ilə birlikdə yaşayan 33 yaşlı gəlinini ərinə itaətsizlik etdiyinə görə döymək üçün Hindistandan Amerikaya gedib.
Devbir Kalsi adlı kişi xanımı Silki Gaind-i döydükdən sonra valideynlərinə zəng edərək, Silkidən şikayət edib. Şikayətdən sonra Jasbir və Kalsi adlı valideynlər oğullarına dəstək olmaq və gəlinlərini cəzalandırmaq üçün Hindistandan Floridaya uçublar.
Onlar gəlinlərini döyüb, onu evdən çıxmağa qoymayıblar. Qız fürsət tapan kimi valideynlərinə xəbər verib. Qızın valideynləri polislərə xəbərdarlıq ediblər. Polislər evə gələndə qadını qan içində tapıblar.
Hadisədən sonra bəy və valideynləri saxlanılıblar.
Məsələ ilə bağlı araşdırma davam etdirilir.




1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub