Erməni toyunda gəlin "Uzundərə rəqsi"nin musiqisinə rəqs edib.
Mynews.az baku.ws xəbər verir ki, toy mərasimində qonaqların qarşısında rəqs edən gəlinin seçdiyi mahnı qədim Azərbaycan rəqslərindən biri - Uzundərə rəqsinin müsiqisidir.
Uzundərə rəqsinin musiqisi bəstəkar Üzeyir Hacıbəyov tərəfindən "O olmasın, bu olsun" operettasında Məşədi İbadın "Mən nə qədər qoca olsam da..." mahnısında istifadə edilib. Rəvayətə görə, Uzundərə tərəkəmələrin düşərgəsi olmuş, onlar dağlar qoynundakı yaylaqlara köçərkən, yolüstü burada əylənib rəqs edər, şənlənər və dincələrmişlər.
Başqa bir rəvayətə görə isə gəlin apararkən yol dərənin içərisindən keçirmiş. Yol çoх uzun olduğundan, musiqiçilər gəlini lirik bir musiqi ilə müşayiət edirmişlər. Oğlan evindən olan qadınlar gəlinin önündə oynayıb ona xeyir dua verərmişlər.
O zamandan başlayaraq toylarda həmin musiqiyə oynamaq istədikdə «gəlini o uzun dərənin içindən apardığımız zaman başlanan musiqini çalın» deyilir. Beləliklə də, «Uzundərə» oyun havası yaranır. Bu oyun havası bir qədər Vağzalıya bənzəyir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub