İran parlamentində şok yaşandı - VİDEO

692
İran parlamentində şok yaşandı - VİDEO
Millət vəkili “Azərbaycan” şeirini oxudu
İran parlamentində Azərbaycan milli geyimində çıxış edən Urmiya şəhərinin millət vəkili Hadi Bahaduri Cənubi Azərbaycan məktəblərində təhsilin ana dilində aparılmasını tələb edib.
 
Turkustan.info xəbər verir ki, H.Bahaduri bildirib: “Biz İran Konstitusiyasının 15 və 19-cu maddələrinin tətbiq olunması və İranda Azərbaycan məktəblərində türk dilinin (Azərbaycan dili – red.) tədrisini tələb edirik. Prezident Həsən Ruhanidən xahiş edirik ki, vətəndaşlıq hüquqları çərçivəsində bu məsələnin ən qısa zamanda reallaşması üçün lazımi tədbirlər görülsün”. O, həmçinin İran dövlət televiziyasında Azərbaycan türkcəsində ilk milli televiziya kanalının yaradılması təklifi ilə çıxış edib: “Biz Azərbaycan xalqı olaraq kimliyimiz, tariximiz və mədəniyyətimizi təhqir edənlərə qarşı ciddi tədbirlərin görülməsini tələb edirik”.
 
Millət vəkili çıxışını Səməd Vurğunun məşhur “Azərbaycan” şeirindən bir bənd söyləməklə bitirib:

Xəbər lenti