Fransa prezidenti Emmanuel Makron Türkiyənin vacibliyinə dair açıqlama verib.
Son dövrdə Avropanın əsas gündəmi Türkiyə olub və Makronun açıqlamaları münasibətləri normala qaytarmağa hədəflənib.
Fransa prezidenti deyib: "Türkiyə son aylarda Avropa İttifaqından uzaqlaşıb. Amma ipləri qoparmaqdan vaz keçməliyik. Türkiyə Aİ-nın önəmli bir partnyorudur və ölkə son dövrdə narahatlığa səbəb olan bir yolda olsa da, münasibətlər normallaşdırılmalıdır".
Almaniya kanslerinin "Türkiyənin üzvlük prosesini təxirə sala bilərik"-açıqlamasından sonra Makron Türkiyənin vacib bir partnyor olduğunu bildirib və miqrant problemi, terror təhlükəsinə qarşı birlikdə əməkdaşlıq etməyin lazım olduğunu vurğulayıb.
Digər tərəfdən isə Estoniyanın xarici işlər naziri də açıqlama verib: "Türkiyənin Aİ-nin vazkeçilməz bir partnyoru olduğunu düşünməliyik. Türkiyə bu regionun təhlükəsizliyində çox vacib bir aktyordur. Eyni zamanda ən güclü və hərbi vəziyyəti ən yaxşı olan NATO müttəfiqlərindən biridir".
olke.az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub