Amerikanın Massaçusets ştatında qardaş qardaşı internet oyununa görə bıçaqlayaraq öldürüb.
Mynews.az bildirir ki, qardaşlar arasında evdə internetin sürətinin zəiflədiyinə görə mübahisə yaranıb. Mübahisə böyüyüb və balaca qardaş böyük qardaşını bıçaqlayıb.
20 yaşlı Timoti Rekord adlı oğlan 23 yaşlı qardaşı Natan Rekordu öldürdüyünə görə həbs olunub.
Polislərin dediyinə görə, oğlanların anası mübahisə zamanı 911-ə zəng edib. Polislər evə çatanda Natan qan içində olub. Ona ilk yardım göstərilib, xəstəxanaya çatdırılsa da, Natan həyatını itirib.
Timoti hadisə yerində tutulub. Araşdırmalar nəticəsində məlum olub ki, Timoti internetdə onlayn olaraq "Call of Duty" oynayan zaman internetin sürəti zəiflədiyinə görə qardaşını mətbəxdən götürdüyü bıçaqla öldürüb.
Milli.Az
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub