Sakit okeanda, Meksika sahillərində 8,1 bal gücündə olan zəlzələ baş verib. Seysmoloqlar Latın Amerikasının bir neçə ölkəsini tsunami təhlükəsi barədə xəbərdarlıq ediblər.
Mynews.az bbc-yə istinadən xəbər verir ki, Meksika rəhbərliyinin məlumatına görə, baş verən zəlzələ nəticəsində ölkədə azı 6 nəfər həlak olub.
Meksika prezidenti Enrique Peña Nieto baş verən təbii fəlakəti son yüz ilin ən güclü zəlzələsi adlandırıb.
Zəlzələnin episentri Pijijiapanşəhərinin cənub-şərqindən 100 kilometr aralıda, 35 kilometr dərinlikdə qeydə alınıb. Bu barədə ABŞ geoloji xidməti məlumat verib.
"3 metr yüksəklikdəki tsunami dalğaları Meksika sahillərində müşahidə oluna bilər", Məlumatı France Press agentliyi tsunami barədə xəbərdarlıq edən Sakit Okean Mərkəzinə istinadən yayıb.
Tsunami dalğaları həmçinin Argentina, Qvatamela, El-Salvador və regionun digər ölkələrini də əhatə edə bilər.
Lakin mərkəzin məlumatına görə, bu dalğalar Meksikayla müqayisədə digər ölkələrdə zəif olacaq.
Yeraltı təkanlar episentrdən bir neçə yüz kilometr aralıda yerləşən Mexico-da hiss edilib. Şahidlərin dediyinə görə, güclü yeraltı təkanlar nəticəsində bir neçə rayonda elektriklər kəsilib.
Yeraltı təkanlar şəhərdə gecə vaxtı hiss edilib.
Reuters agentliyinə müsahibə verən şahidlərdən biri insanların gecə geyimində evlərindən küçələrə qaçdığını söyləyib. Ciddi dağıntılar və həlak olanlar barədə məlumat yoxdur.
Meksikada, həmçinin "Katya" qasırğası təhlükəsi də gözlənilir.
Sinoptiklərin məlumatına görə, dördüncü gün gecə Meksika körfəzində yaranan qasırğanın Meksika sahillərinə cümə günü çatacağı gözlənilir.
Yaxın vaxtlarda "Katya" qasırğası güclənib və küləyin sürəti saatda 140 kilometr təşkil edib. 300 kilometr diametri əhatə edən qasırğa hazırda Tampiko şəhərinin cənub-şərqindədir.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub