Aktrisa Pınar Altuğ Bodrum tətili zamanı iti ilə çəkdirdiyi fotosunu İnstaqram səhifəsində paylaşıb.
Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, izləyiciləri aktrisanın bu şəklini tənqid ediblər. Bir izləyicisi ona "Vatanın ölümünü nə tez unutdun" şərhini yazıb. Pınar izləyiciyə "Kədər və yas göstəriş üçün deyil" sözləri ilə cavab verib.
Digər sevəni isə Altuğa "Dırnaqları boyalı, saçları açıq Vatan Şaşmazın dəfn mərasiminə gəldi. Foto yayımlasa nə olacaq ki" sözlərini qeyd edib. Bu sözlər aktrisanı özündən çıxarıb. Pınar izləyicisinə sərt cavab verib:
"Dəfn mərasiminə namaz qılmağa yox, dostumla vidalaşmağa gəldim. Nə geyindiyim, nə etdiyim üçün heç kimə cavab verməyəcəm. Siz kimsiniz bu şərhi yazırsınız? Məni sevməyə, bəyənməyə bilərsiniz. Buna hörmətlə yanaşıram, amma səhifəmdə nə işiniz var? Kədər - nümayiş etdirmək üçün deyil, ürəkdə yaşanır".
Qeyd edək ki, aparıcı Vatan Şaşmaz model sevgilisi tərəfindən oteldə güllələnərək öldürülmüşdü.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub