ABŞ-ın Florida ştatında gözlənilən İrma qasırğası səbəbilə 5 milyon 600 min insanın evakuasiya edilməsinə qərar verilib.
Avropa.info xəbər verir ki, bir yarım milyon insan ştatdan qaçmağa çalışır. Prezident Trampın Palm Beach adlı lüks malikanəsinin boşaldıldığı bildirilir. İnsanların ştatdan təxliyyə edilməsi üçün hərbi təyyarələr göndərilib.
Florida ştatının qubernatoru 5 min 600 insanın təxliyəsi üçün əmr verib. “Dərhal tərk edin. Burada qalan kimsə həyatda olmayacaq” deyə Florida qubernatoru əhaliyə müraciətində bildirib.
Karib hövzəsində ən azı 26 adamın ölümünə səbəb olan İrma qasırğasına görə ABŞ narahatçılıq keçirir. Qasırğa saatda 450 kilometr sürətlə irəliləyir.
Bu arada Fransa Şimali Amerikadakı torpağı olan Quadeloupe zonasına transfer təyyarələri və helikopterlərini göndərib.
Associated Press xəbər agentliyinin xəbərinə görə, sözügedən təyyarə və vertolyotlarla Quadeloupe adasından hərbi personalla yanaşı bölgə sakinləri də təxliyyə ediləcək.
Qasırğa artıq Kubaya çatıb. Şiddətli külək və intensiv yağış ölkədə təsirini göstərir. 50 min turist Kubanı tərk edib. Reuters xəbər agentliyinə görə, şimal sahillərindəki otellər bomboş qalıb.
Qasırğanın bazar günü çatacağı ehtimal edilən Florida ştatında isə bir milyon insanın təxliyəsi başlanıb. Əyalətdən qaçan qaçanadır. Yollarda tıxac yaşanır.
Bu arada ABŞ prezidenti Donald Trampın Palm Beach Marya Laqo adlı lüks malikanəsi də boşaldılıb.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub