İraq ordusu Mosulda İŞİD terror təşkilatının tərkibində olan döyüşçülər, onların yoldaşları və uşaqlarının da olduğu 1400 nəfəri əsir götürüb.
Mynews.az baku.ws-ə istinadən xəbər verir ki, iraqlı səlahiyyətlilər saxlanılan şəxslərin böyük bir qisiminin Türkiyə, Tacikistan, Azərbaycan və Rusiyadan gəldiyini ifadə edir. Asiyadan, Fransadan və Almaniyadan da az sayda əsir var.
Norveçli Sığınacaq Düşərgəsi sözçüsü Melani Marxam mövzu ilə əlaqədar bunları söyləyib: “Onların vəziyyəti çox pisdir. Biz onların, su, qida və sığınacaq kimi təməl ehtiyaclarını qarşılayırıq. Buradan çölə çıxmalarına icazə verilmədiyi üçün onların gələcəyi naməlumdur. Biz İraq hökumətinin əsas insan hüquqlarına hörmət göstərərək, ən qısa zamanda onların gələcəyi ilə bağlı qərar verməsini gözləyirik”.
İŞİD terrorçularının ailələrinin böyük bir hissəsi Mosulun şərqindəki bu düşərgəyə 30 avqustdan sonra gəlib.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub