Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının hərbçiləri arasında dava olub. Mynews.az-ın məlumatına əsasən, bu barədə APA shamshyan.com-a istinadən xəbər verir.
Məlumata əsasən, hadisə ötən gecə Alabyan küçəsində yerləşən binalardan birinin həyətində baş verib. Polisə dava barədə məlumat daxil olub. Polis əməkdaşları hadisə yerinə yaxınlaşdıqda ciddi bədən xəsarətləri almış bir nəfərin yerdə uzandığını aşkar ediblər. Daha 3 nəfər isə hadisə yerindən qaçıb. Xəsarət almış şəxsin Rusiya vətəndaşı, 26 yaşlı Yuri Nikolayev olduğu aydınlaşıb. Polis davanın digər iştirakçılarının - Rusiya vətəndaşları, 23 yaşlı Vladislav Karasovski, 22 yaşlı Viktor Yudin və 26 yaşlı Nursultan Qizatulayev olduğunu da müəyyən edib, onlar saxlanılıb. N. Qizatulayev polisə ifadəsində xəsarət alan şəxsi döydüyünü etiraf edib. Onların hamısının 102-ci hərbi bazanın bölmə komandirləri olduğu bildirilir.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub