Fransanın Roubaix şəhərində yatdığı yerdə siçovulların hücumuna məruz qalan 14 yaşlı iflic xəstəsi olan qız barmaqlarını itirib.
Mynews.az aznews.az-a istinadən xəbər verir ki, Samantha evlərinin giriş hissəsində yatarkən siçovulların onu dişləməsi nəticəsində onun üzündə 45, əlində 150, ayaqlarında isə 30 yara əmələ gəlib.
Həkimlər beldən aşağı ətrafı işləməyən uşağın qopan barmaqlarının yerinə bərpa etməyin mümkün olmadığını bildiriblər. Samanthanın atası hadisəyə görə ev sahibini məhkəməyə verib.
Siçovulların evin yaxınlığındakı zibillikdən gəldiyi ehtimal olunur. Samanthadan savayı 2 övladı daha olan ata, yatarkən her şeyin normal olduğunu, səhər isə Samanthanı qan içində gördüyünü bildirib: "Biz üst mərtəbədə yatırdıq. Oyananda Samanthanın qulaqlarından qan gəldiyini gördük. Beyin qanaması keçirdiyini zənn etdik".
Siçovulların hücumundan sonra ailə başqa evə köçüb. Hadisə ilə bağlı polis araşdırma aparır. Samantha xəstəxanada müayinə olunub və onda hər hansı infeksiya və quduzluq aşkarlanmayıb.
Siçovulların insanlara hücum etməsi nadir görünən hadisədir. Qida tapa bilməyən siçovullar yalnız meyitləri yeyir.

1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub