Tacikistan Dövlət Kommersiya Universitetinin rektoru qeyri-adi addım atmağa hazırlaşır.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Hamidullohon Fakerov “yaxşı” və “əla” qiymətlərlə oxuyan tələbə qızlara toylarının keçirilməsi üzrə xərcləri öz üzərinə götürməyə söz verib.
"Onlar bizim uşaqlarımızdır. Və biz istəyirik ki, onlar ərə getmək və ya evlənmək deyil, təhsil haqqında düşünsünlər. Buna görə də söz veririk ki, rektorluq tələbə yoldaşına ərə getmək istəyən və yaxşı oxuyan qızların bütün toy xərclərini ödəyəcək”, - rektor deyib.
Fakerov əlavə edib ki, hazırda universitetin 5 mindən çox tələbəsinin cəmi 15 faizini qızlar təşkil edir.
Ümumdünya Bankın tədqiqatının məlumatına görə, Tacikistanda ali təhsil əhalinin kasıb təbəqəsi üçün əlçatmazdır. Mütəxəssislərin qiymətləndirilməsinə görə, ali məktəblərin təxminən 72 faizinin tələbəsi maddi baxımdan yüksək təmin edilmiş ailələrin, yalnız 13 faizi kasıb ailələrin uşaqlarıdır.
1
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
457 dəfə oxunub
2
Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - FOTOLAR
447 dəfə oxunub
3
Sabahın hava proqnozu açıqlanıb
438 dəfə oxunub
4
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
381 dəfə oxunub
5
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
359 dəfə oxunub