Kreml Vladimir Putinin qarşıdakı prezident seçkilərində növbəti dəfə namizədliyini irəli sürəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Mynews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Putinin prezident seçkilərində iştirak etməsi ilə bağlı qərarını hələlik elan etmədiyini deyib: "Bu məsələdə heç kim qabağa qaçmağa hazırlaşmır. Prezident hələlik qərarını açıqlamayıb. Putinin prezidentliyə namizədliyini irəli sürməsi ilə bağlı KİV-də yayılan məlumatlar hipotetik müzakirələrdir".
Qeyd edək ki, "Kommersant" qəzeti Rusiya Prezident Administrasiyasındakı mənbəyinə istinadən Putinin qarşıdakı prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşdığını yazıb. Qəzetin yazdığına görə, namizədliyin irəli sürülməsi iki mərhələdən ibarət olacaq.
Rusiyada prezident seçkiləri 2018-ci ildə keçiriləcək.
1
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
457 dəfə oxunub
2
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
452 dəfə oxunub
3
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
306 dəfə oxunub
4
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
293 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
155 dəfə oxunub