ABŞ prezidenti Donald Tramp bəyan edib ki, gələn həftə ölkənin müdafiəsinə istiqamətlənmiş yeni miqrasiya fərmanı imzalayacaq.
Mynews.az-ın məlumatına görə, Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, bu barədə Amerika prezidenti mətbuat konfransında bəyan edib.
“Biz xalqımızı müdafiə edəcək yekun fərmanı gələn həftə verəcəyik”, - Tramp deyib.
Əvvəlki, yeddi müsəlman dövlətinin vətəndaşlarının ABŞ ərazisinə daxil olmasını qadağan edən miqrasiya fərmanının qüvvəyə minməsi məhkəmənin qərarı ilə dayandırılıb.
Keçən həftə Tramp, onun administrasiyası tərəfindən ölkənin milli təhlükəsizliyi istiqamətində yeni tədbirlərin hazırlandığını bildirmişdi.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub